Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb
Bakı, 20 fevral, AZƏRTAC
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Buraya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı tətbiq edilən sanksiyalar daxildir.
Xatırladaq ki, yanvarın ortalarında Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb. Bloomberg agentliyinin məlumatına görə, Moskvaya qarşı yeni məhdudiyyətlərin fevralın 24-dək qəbul ediləcəyi planlaşdırılır. Onlar sanksiya siyahılarının genişləndirilməsini, əlavə ticarət məhdudiyyətlərini və sanksiyalardan yayınma ilə mübarizə tədbirlərini ehtiva edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]