AİJA qalibləri açıqlayıb, AZƏRTAC ilin informasiya agentliyi seçilib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında ənənəvi rəy sorğusuna əsasən müəyyənləşib.
Qaliblər arasında AZƏRTAC Dövlət İnformasiya Agentliyi də var.
AİJA idman mükafatları - 2023
İlin idman xadimi - Asif Əsgərov ("Qarabağ” FK-nın baş meneceri)
İlin idmançısı
Kişilər
1. Həsrət Cəfərov (yunan-Roma güləşi)
2. Zelim Kotsoyev (cüdo)
3. Nicat Abbasov (şahmat)
Qadınlar
1. İrina Zaretska (karate)
2. Gültac Məmmədəliyeva (cüdo)
3. Zöhrə Ağamirova (bədii gimnastika)
İlin klubu
Kişi - “Qarabağ” Futbol Klubu
Qadın - “Neftçi” 3X3 Basketbol Klubu
İlin komandası
Kişi - yunan-Roma güləşi üzrə yığma komanda
Qadın - şahmat üzrə Azərbaycan yığma komandası
İlin futbol məşqçisi - Qurban Qurbanov (“Qarabağ” FK)
İlin futbol kəşfi - Azər Bağırov (“Araz-Naxçıvan” FK)
İlin idman məşqçisi - Rüstəm Alimli (cüdo)
İlin idman kəşfi - Xədicə Qədəşova (cüdo)
İlin futbol hakimi - Əliyar Ağayev
İlin idman hakimi - Nazim Umbayev (cüdo)
İlin idman həkimi - Ramil Vəliyev (cüdo)
İlin idman hüquqşünası - Elcan Həsənli
İlin idman federasiyası - Azərbaycan Güləş Federasiyası
İlin idman layihəsi - “Qızlara ağ yaraşır” (Azərbaycan Cüdo Federasiyası)
İlin idman jurnalisti
Televiziya üzrə - Rəvan Mahmudzadə (CBC Sport)
Qəzetlər üzrə - Kənan Ağəliyev (Futbol+)
İdman saytları üzrə - Anar Xanlarov (Rekord.az)
İctimai-siyasi saytlar üzrə - Təbriz Quliyev (Report.az)
Xarici dilli media üzrə - Sahib Əsədbəyli (Azerisport.com)
İlin televiziya aparıcısı
Kişi - Nurlan Hacıyev (İdman TV)
Qadın - Fəridə Abdulla (İctimai TV)
İlin idman şərhçisi - Sənan Əliyev (basketbol)
İlin fotoreportyoru - Ehtiram Cəbiyev (Report.az)
İlin informasiya agentliyi - AZƏRTAC
İlin telekanalı - İctimai TV
İlin qəzeti - Futbol+
İlin saytı
İdman saytları üzrə - Offsideplus.az
İctimai-siyasi saytlar üzrə - Publika.az