AirBaltik mayın 17-dən Bakı-Riqa-Bakı birbaşa reyslərinə başlayır
Riqa, 13 aprel (AZƏRTAC). Latviyanın AirBaltik Milli Aviasiya Şirkəti mayın 17-dən Bakı-Riqa-Bakı birbaşa reyslərinə başlayır. Reyslər oktyabrın ortalarınadək həftədə iki dəfə yerinə yetiriləcəkdir.
AirBaltik şirkətinin Azərbaycan üzrə meneceri Yanis Romans demişdir ki, yeni marşrut Azərbaycan turistlərinin və işgüzar adamların Riqadan keçib Skandinaviya və digər Avropa ölkələrinə əlverişli tranzitinə imkan verəcəkdir.
AirBaltik 1995-ci ildə yaradılmış səhmdar cəmiyyətidir. Səhmlərin əsas hissəsinin - 99,8 faizinin sahibi Latviya dövlətidir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [19:38]
Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
- 01.06.2026 [18:22]