AKROBATLARIMIZ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ayla Əhmədova və Dinara Abbasova cütlüyü Koimbra şəhərində keçiriləcək dünya birinciliyində, püşkatmanın nəticələrinə görə, yeddinci çıxış edəcəklər. Qızlarımız balans kompozisiyasını Almaniya idmançılarından sonra ikinci nümayiş etdirəcəklər. Bir gün sonra Ayla Əhmədova və Dinara Abbasova yenidən meydançaya çıxacaqlar. Finalda isə təsnifat yarışlarının yekunlarına görə 8 ən yaxşı akrobat iştirak edəcəkdir.
İdmançılarımızla rəqabət aparacaq 10 cütlük arasında Rusiya, Ukrayna, Böyük Britaniya və Çin akrobatları daha güclüdürlər. Məşqçi İradə Qurbanova demişdir: “Zənnimcə, qızlarımızın təsnifat yarışlarından keçib finala çıxmağa gücləri çatacaqdır. Medala namizədlər çoxdur. Meydan sahiblərini - Portuqaliya cütlüyünü də nəzərdən qaçırmaq olmaz”. Beynəlxalq Gimnastika Federasiyası dünya birinciliyi ərəfəsində 30 ən yaxşı qadın çütlüyünün reytinqini elan etmişdir. 11,20 reytinq xalı olan Ayla Əhmədova və Dinara Abbasova cütlüyü təcrübəli Belarus, Bolqarıstan, Almaniya və Fransa idmançılarını qabaqlayaraq, siyahıda 15-ci yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]