AKROPOLDA YENİDƏN FİLM ÇƏKİLƏCƏK
Yunanıstan arxeoloqları uzun illər Akropolda film çəkilməsinə qadağa qoymuşdular. Yerli KİV-lərin yazdığına görə, çəkilişlərə icazə verilməsinin əsas səbəbi baş rolun ifaçısı, yunan əsilli Kanada aktrisası Niya Vardalosla bağlıdır. Tamaşaçılar Vardalosu “Mənim böyük yunan toyum” filmindən tanıyırlar. Bu filmdə Çikaqoya köçmüş immiqrant yunanların həyat və məişəti məzəli şəkildə təsvir olunur. Ölkənin turizm təşkilatı böyük uğur qazanmış filmdən Yunanıstana səyahətlərin reklamı üçün istifadə etmişdir.
Yeni filmdə Niya Yunanıstana gələn turistləri müşayiət edən bələdçi rolunu oynayır. Səyahətçilərin əsas dayanacaqlarından biri eramızdan əvvəl V əsrdə tikilmiş Akropol və Parfenon məbədidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]