Aksiya çərçivəsində su hövzələrindən 55 ədəd sintetik tor götürülüb
Bakı, 3 aprel, AZƏRTAC
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, eləcə də Kür, Araz çayları, Baş Mil-Muğan kollektoru, Şəmkir su anbarı və “Xanqızı” su kanalından sintetik torların yığışdırılması həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin su hövzələrindən 1082 metr uzunluğunda 55 ədəd sintetik tor götürülüb.
Nazirlik vətəndaşları balıq ehtiyatlarının qorunmasına dəstək olmağa, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasına qoşulmaqla balıq ehtiyatlarının mühafizəsinə və su bioresurslarının inkişafına töhfə verməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]