Al lalələrlə bəzənən Ağgöl Milli Parkı FOTOLENT
Bakı, 18 aprel, AZƏRTAC
Ağgöl Milli Parkı bu günlərdə al lalələrlə bəzənib. Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr parkda füsunkar mənzərə yaradıb.
Sahəsi bataqlıqlardan, tipik çöl və yarımsəhra landşaftından ibarət olan Ağgöl Milli Parkı köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazidir. Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən bu park “ornitoloji oazis” hesab edilir.
AZƏRTAC fotoqraf Lyokinin Ağgöl Milli Parkından çəkdiyi gözoxşayan yaz mənzərələrini təqdim edir.