CƏMİYYƏT
Al qırmızı qərənfillərə boyanan Şəhidlər xiyabanı
![](/files/galleryphoto/2024/1/1200x630/1705674286538204666_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742862450735073_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742866510654364_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742864889939584_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705674286868755686_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742863065543132_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742862668258232_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742863682354310_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742864396548069_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705674286673429856_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742866346658543_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742861805420729_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705674286629082561_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742862856255102_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742866030861511_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742864168329077_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742861076235838_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/170567428786161543_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742873014722938_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705674287433110370_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742872944129212_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742871699819568_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742874260017445_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742871887649652_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742874140424542_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742875325131358_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056742871607814611_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705674287371345422_1200x630.jpeg)
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı küçələri al qırmızı qərənfillərdən don geyib. Şəhidlər xiyabanına doğru uzanan yol ətəyi qırmızı saplarla tikilmiş yaxası-başı qırmızı rəngdə olan paltarı xatırladır.
AZƏRTAC xəbər verir ki, paytaxtın ən uca zirvəsi Qanlı Yanvar faciəsinin ildönümü ərəfəsində bu görkəmdə olur. Bu, bizim xalqımızın müstəqilliyi və azadlığı yolunda qurban gedənlər qarşısında vətəndaşlıq borcumuzun, onların müqəddəs və əbədi xatirəsinə göstərdiyimiz hörmət və ehtiramın ifadəsidir.
Nə ocaqdı çatmısan?!
Fələyi ağlatmısan!
Al qanına batmısan,
Ağla, qərənfil, ağla!
Xiyaban qərənfil dənizində üzür... Hayana baxırsan, al qərənfillərin nizamla düzüldüyü, gözə-könülə rahatlıq gətirən mənzərəsini görürsən. Bu düzülüş və səliqə-sahmanı isə Bakı Şəhər İcra Hakimiyyətinin qurumları yaradıb.
Bu gün Bakı matəm libasında, hüznlü görkəmdə olsa da, heç vaxt olmadığı qədər nikbin və qürurluyuq. 1990-cı ilin 20 yanvar gecəsi yalın əllə sovet tank və toplarının qarşısına çıxanların ruhu şaddır - xalqımız əbədi və dönməz müqəddəsliyinə qovuşub, Qarabağ torpağı və ətraf ərazilər erməni işğalından azad edilib, ölkəmizin ərazi bütövlüyü təmin edilib.
Qırmızı qərənfilləri isə o vaxt müstəqilliyə yol açaraq qurban gedən ilk şəhidlərimizin yaralarına məlhəm kimi onların müqəddəs ruhu uyuyan torpağın sinəsinə düzürük...