Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
Bakı, 5 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması tərəfindən dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: “Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı italiyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Məlahət İbrahimqızı ötən əsrdə baş verən deportasiyaların soydaşlarımızın mədəni irsinə ağır zərbə vurduğunu bildirib. “Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların həmin faciəyə səssiz qalması yolverilməzdir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu diqqətə çatdırıb, dünya birliyinin bu məsələdə həmrəyliyinin vacibliyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]