Ali Məhkəmə “Femida dialoq platforması” adlı layihəyə start verir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Ali Məhkəməsi “Femida dialoq platforması” adlı yeni layihəyə başlayır.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdən ibarətdir.
Geniş hüquq ictimaiyyəti ilə dialoqu nəzərdə tutan və silsilə xarakter daşıyacaq layihə çərçivəsində ilk görüşün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [14:08]
Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib
- 08.06.2026 [13:26]