ALMANİYA HÖKUMƏTİ MÜSƏLMANLARI DİALOQA DƏVƏT ETMİŞDİR
Almaniyadakı müsəlman icmaları, islam mərkəzləri və Müsəlmanların Mərkəzi Şurası təmsilçilərinin, həmçinin federal hökumət nümayəndələrininin iştirak etdiyi konfrans-dialoqda Almaniyada məskunlaşmış üç milyondan artıq müsəlman toplusunun ölkəyə ictimai inteqrasiyasının legitimləşdirilməsinin mütərəqqi yolları araşdırılır, müsəlman vətəndaşların almanlarla hüquq bərabərliyi, müsəlman qadınların cəmiyyətdə mövqeyi, dini dəyərlərə söykənərək islam ekstremizmi və təməlçiliyinə qarşı əlbir mübarizə, din və dövlət, Almaniya məktəblərində islamın tədrisi kimi aktual məsələlər ətrafında müzakirələr və məsləhətləşmələr aparılır.
Almaniyanın müsəlman icmaları, o cümlədən Müsəlmanların Mərkəzi Şurasının rəyasət heyəti federal hökumətin bu faydalı işgüzar dialoqa dəvətini müsbət qiymətləndirir və alqışlayırlar. Onlar əmindirlər ki, Almaniya hökumətinin müsəlmanların kütləvi inteqrasiyasına dair xeyirxah təşəbbüsünün, nəhayət, ölkədə məskunlaşmış əcnəbilərin içərisində “kimin kim olması”nın müəyyənləşdirilməsində rolu olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]