Almaniya indiyədək Ukraynaya 27,8 milyard avro vəsait ayırıb
Bakı, 19 yanvar, AZƏRTAC
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Almaniya Kiyevə 27,8 milyard avrodan çox yardım göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. “Müharibənin başlanğıcından bəri Almaniya hökuməti Ukraynaya dəstək üçün 27,8 milyard avrodan çox vəsait ayırıb”, - deyə məlumatda bildirilir.
Kiyevə silah tədarükü üzrə təşəbbüsləri dəstəklədiklərini xatırladan Almaniya XİN, həmçinin Ukrayna ordusunun silahlandırılmasını maliyyələşdirən Avropa Sülh Fondunun ən böyük donoru olduqlarını vurğulayıb. Bu məqsədlər üçün fonddan indiyədək 5,6 milyard avro ayrılıb.
Qeyd edək ki, Almaniya Ukraynaya silah tədarükünə görə ABŞ-dan sonra ikinci yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]