Almaniya millisinin sabiq futbolçusu Filip Lama Münxen şəhərinin fəxri vətəndaşı adı verilib
Bakı, 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Almaniya millisinin və “Bavariya” klubunun sabiq futbolçusu Filip Lama Münxen şəhərinin fəxri vətəndaşı adı verilib.
AZƏRTAC xəbər verir ki, bu, futbolçular arasında ilk dəfə Filip Lama təqdim olunub.
“Münxenin fəxri vətəndaşı seçildiyimdən və ilk futbolçu olduğumdan çox qürur duyuram. Demək olar ki, bütün həyatımı burada keçirmişəm, çox gözəl anlar və mükafatlar qazanmışam”, - deyə Lam öz şəxsi “Twitter” hesabında yazıb.
Qeyd edə ki, Lam 1983-cü il noyabrın 11-də Münxendə anadan olub. O, 1995-ci ildə futbolçu kimi “Bavariya”nın sisteminə daxil olub və 2002-ci ildə klubun əsas komandasında debüt edib. Filip 2003-2005-ci illərdə “Ştutqard”da icarə əsasında çıxış edib, daha sonra yenidən “Bavariya”ya qayıdaraq klubun əsas oyunçusu və kapitanına çevrilib.
O, “Bavariya” klubunun heyətində səkkizqat Almaniya çempionu olub, altı dəfə Almaniya kubokunu, bir dəfə UEFA Çempionlar Liqasını və UEFA Super kubokunu qazanıb. Lam kapitan olduğu Almaniya millisinin heyətində 113 oyunda meydana çıxıb və 5 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]