Almaniya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürür
Kiyev, 14 iyun, AZƏRTAC
Almaniya tezliklə üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Biz Ukraynaya üçüncü “Patriot” sistemini təhvil verəcəyik. Beləliklə, Almaniya Ukraynaya ümumilikdə üç sistem verəcək. Bu, öz ehtiyatlarımızda olan bu cür sistemlərin dörddə birini təşkil edir, daha artığını verməyə artıq imkan yoxdur”, - deyə nazir bildirib.
O əlavə edib ki, Almaniya həm də “Patriot”un idarə edilməsi ilə bağlı təlim keçirir və onlara aid uzaqmənzilli raketlər ötürür: bu yaxınlarda 32 belə raket ötürülüb, daha 68-i yaxın günlərdə və həftələrdə çatdırılacaq. Onun sözlərinə görə, bu raketlər Almaniya, Danimarka, Norveç və Niderlandın birgə səyləri çərçivəsində əldə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]