İDMAN
ALMANİYA VOLEYBOLÇULARI YARIMFİNALA ÇIXDILAR
Bugünkü oyunadək rusiyalılar Azərbaycan komandasına qalib gəlmiş, polşalılara uduzmuşdular. Almanlar isə Azərbaycan kollektivini udmuş, polşalılara məğlub olmuşdular.
Birinci hissədə almanlar mütəşəkkil oyun nümayiş etdirdilər. Onlar təşəbbüsü əldən verməyərək hissəni qələbə ilə başa çatdırdılar – 25:11. İkinci hissə rusiyalıların aşkar üstünlüyü ilə keçdi – 25:16. Beləliklə, hesab bərabərləşdi. Üçüncü hissə gərgin mübarizə şəraitində keçdi və rusiyalıların cüzi üstünlüyü ilə sona yetdi – 25:23. Dördüncü hissədə ilk dəqiqələrdən təşəbbüsə yiyələnən almanlar böyük üstünlüklə qələbə qazandılar – 25:16. Beşinci, həlledici hissədə gərginlik son həddə çatdı. Lakin Almaniya voleybolçularının əsəbləri daha möhkəm oldu – 15:13. Bununla da, onlar meydançanı sevinclə tərk etdilər – 3:2.
Yanvarın 9-da Almaniya yığması yarımfinalda Türkiyə komandası ilə qarşılaşacaqdır. Rusiyalılar isə turnirdə çıxışlarını başa çatdırdılar.