Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb
Bakı, 16 iyul, AZƏRTAC
Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb, 1,3 mindən çox insan itkin düşmüş hesab olunur.
AZƏRTAC “Bild” tabloidinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal torpağında 30 nəfər həlak olub. Reynland-Pfalz federal əyalətində isə daşqınlar azı 50 nəfərin həyatına son qoyub. Polis hesab edir ki, ölənlərin sayı arta bilər.
Xilasetmə işlərinə təcili xidmətlərlə yanaşı, bundesverin qüvvələri və polis helikopterləri cəlb olunub.
Regionun 200 mindən çox sakini elektriksiz qalıb. Reynland-Pfalz federal torpağında sutka ərzində bir kvadratmetr əraziyə 148 litr yağıntı düşüb. Leysan yağışları Reyn Ar və Mozel, həmçinin Zauer, Prüm, Nims, Kil və Erft çaylarının məcralarından çıxmalarına səbəb olub. Bir sıra yaşayış məntəqələrinin faktiki olaraq xarici aləmlə əlaqəsi kəsilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]