Almaniyada göyöskürək geniş yayılıb
Bakı, 25 iyul, AZƏRTAC
Almaniyada 10-19 yaş arası uşaqlar arasında göyöskürək hallarının sayı son on ildəkindən çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” xəbər portalı yazır.
Robert Kox İnstitutu (RKI) və Peşəkar Pediatrlar Assosiasiyasının (BVKJ) məlumatına əsasən, bu, həmçinin buraxılmış revaksinasiya ilə də bağlı ola bilər. Gənclərin, xüsusilə də 9-16 yaş arasında olanların tövsiyə olunan gücləndirici peyvəndi bu və ya digər dərəcədə almadıqları ehtimal edilir.
Göyöskürəkdən qorunmaq üçün Peyvənd üzrə Daimi Komissiya (STIKO) körpələr üçün üç mərhələli əsas immunizasiyanı, həmçinin 5-6 və 9-16 yaşlarında gücləndirici peyvənd etməyi tövsiyə edir. Böyüklər tetanoz və difteriyaya qarşı növbəti dəfə peyvənd olunduqda, göyöskürəyə qarşı gücləndirici vaksin də almalıdır.
RKİ-nin məlumatına görə, bu il 10-14 yaşlı uşaqlar arasında 2421, 15-19 yaşlı uşaqlar arasında isə 2168 göyöskürək hadisəsi qeydə alınıb. Bu, ən azı on ilin ən yüksək səviyyəsidir.
Göyöskürək uşaqlar arasında daha çox yayılan yoluxucu xəstəlikdir. Bu xəstəlik tənəffüs yollarının zədələnməsi və bir neçə həftə ardıcıl olaraq davam edən spazmatik öskürəklə özünü büruzə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]