Almaniyada İsrailin silah şirkətinə hücumla əlaqədar beş nəfər saxlanılıb
Berlin, 11 sentyabr, AZƏRTAC
Almaniyanın Ulm şəhərində İsrailin silah şirkətinə edilən hücumla əlaqədar beş nəfər şübhəli şəxs qismində saxlanılıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, saxlanılan şəxslərdən ikisi kişi, üçü qadındır. Onların barəsində
həbs qətimkan tədbiri seçilib. Həmin beş nəfər İrlandiya, Böyük Britaniya, İspaniya və Almaniya vətəndaşlarıdır. Onların hansı təşkilatın üzvü olduqları hələ açıqlanmayıb.
Təqsirləndirilən şəxslərə qarşı cinayətkar dəstənin üzvü olmaq, mənzil toxunulmazlığını pozmaq və əmlaka zərər vurmaq ittihamları irəli sürülüb.
Həmin şəxslərin ötən gün şirkətin giriş hissəsinə tüstü bombaları və boya paketləri ilə hücum etdikləri, pəncərələri sındırdıqları və divarlara qrafitlə müxtəlif təsvirlər çəkdikləri bildirilir.
Əyalət Kriminal İdarəsinin məlumatında boya ilə yazılan yazıların hadisənin siyasi motivli cinayətə işarə etdiyi qeyd olunub.
Binanın içərisinə daxil olan şübhəlilərdən bəziləri saxlanılan zaman polisə müqavimət göstərməyiblər.
Hadisə nəticəsində şirkətə bir milyon avro dəyərində maddi ziyan vurulduğu bildirilir.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]