Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Berlin, 13 aprel, AZƏRTAC
Almaniyanın Aşağı Saksoniya əyalətinin Saltsqitter şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan təyyarə şirkətin ərazisində anbarın üzərinə düşüb. Nəticədə güclü yanğın baş verib. Ölən şəxslərin təyyarəni idarə edən pilotlar olduqları bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]