Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir
Bakı, 4 aprel, AZƏRTAC
Almaniyada koronavirusa qarşı peyvənd olunan vətəndaşlar mağazalara qabaqcadan COVID-19 testi etdirmədən gedəcək və karantin qaydalarını gözləmədən səyahət edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “Bild am Sonntag” qəzetinə müsahibəsində AFR-in səhiyyə naziri Yens Şpan deyib. "Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib.
Onun sözlərinə görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.
Hazırda AFR-də qışdakı kimi sərt olmasa da, karantin tətbiq edilir. Məktəblər və uşaq bağçaları, bərbərxana və gözəllik salonları, gül və kitab mağazaları açıqdır. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyət tədbirləri aprelin 18-dək uzadılıb və çox güman ki, onların sərtləşdiriləcəyi gözlənilir.
Almaniyada indiyədək əhalinin 12 faizi - təxminən 10 milyon nəfər vaksinin bir hissəsini alıb, 4,3 milyon insan isə tam peyvəndlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]