Almaniyada tətillər səbəbindən 300-dən çox aviareys ləğv olunub
Bakı, 12 mart, AZƏRTAC
Almaniyanın 4 hava limanında martın 13-də keçiriləcək tətillər səbəbindən həmin günə olan 300-dən çox reys ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Focus Online" portalı məlumat yayıb.
Tətillər “Verdi” ittifaqının çağırışı ilə Bremen, Hamburq, Hannover hava limanlarında keçiriləcək. Ən çox reyslər ölkənin ən böyük hava limanlarından birində - Berlində ləğv edilib. Burada 200 reys ləğv olunub.
"Verdi" Almaniya daxilində yüzlərlə hava limanının işçiləri üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]