Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub
Bakı, 3 mart, AZƏRTAC
Almaniyada yaşayan azərbaycanlı Asif Mustafayev hüquq doktoru dərəcəsi alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, o, kibercinayətkarlıq sahəsində bu dərəcəni qazanan ilk azərbaycanlıdır.
Asif Mustafayev “Avropa, Almaniya və Azərbaycan nümunəsində kibercinayətkarlıq sahəsində qanunvericiliyin müqayisəli təhlili və beynəlxalq tələblərin nəzərə alınması” mövzusunda dissertasiya müdafiə edib.
Qeyd edək ki, 2017-ci ildə Köln Universitetinin Avropa və beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirən Asif Mustafayev Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramı çərçivəsində doktorantura təhsili də alıb.
Köln Universitetinin hüquq fakültəsi Almaniyanın ən böyük hüquq fakültələrindən hesab olunur. Təhsil ocağında tədrislə yanaşı, elmi tədqiqatlara və beynəlxalq təcrübənin tətbiqinə geniş yer verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]