ALMANİYADAKI AZƏRBAYCAN CƏMİYYƏTLƏRİFEDERASİYASI TOPLANTI KEÇİRMİŞDİR
Tədbirdə Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə milli bayramımız - Dövlət Müstəqilliyi günü münasibətilə təbrik nitqi söyləmişdir.
Səfir Pərviz Şahbazov Azərbaycanın müstəqillik tarixindən, onun suveren dövlət kimi inkişafından, gündən-günə artmaqda olan beynəlxalq nüfuzundan, ölkəmizdə gedən siyasi-iqtisadi proseslərdən ətraflı söhbət açmış, ölkəmizin dünya siyasətində öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmiş, ulu öndərimizin Azərbaycan dövlətinin tərəqqisi naminə başladığı işlərin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini vurğulamışdır.
Bayram təbriklərindən sonra Azərbaycan Cəmiyyətləri Federasiyasının fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, bir millətin iki dövlətdə təmsil olunan nümayəndələrinin Almaniyadakı cəmiyyət və dərnəklərdə birlikdə fəaliyyət göstərmələri ümumi işə xeyli fayda gətirə bilər. Azərbaycan Cəmiyyətləri Federasiyasına türk qardaşlarımızla daha yaxın əlaqələr yaratmaq, onların təcrübəsindən, köməyindən istifadə edib faydalanmaq tövsiyə olunmuşdur.
Toplantıda federasiyanın əməli fəaliyyətini əlaqələndirmək, tədbirlər, mərasimlər keçirmək üçün xüsusi bir ofisinin olması zərurəti də qeyd edilmişdir. Türkiyə konsulu ixtiyarında olan ofisini tədbirlər keçirmək üçün Azərbaycan Cəmiyyətləri Federasiyasına istifadəyə verməyə həmişə hazır olduğunu bildirmişdir.