SİYASƏT
Almaniyalı diplomat: Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir
Bakı, 13 fevral, Anar Allahverdi, AZƏRTAC
Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır.
Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş almaniyalı diplomat Volf-Ruthart Born AZƏRTAC-a açıqlamasında BMT-nin işğal faktını təsdiq edən və həmin ərazilərin geri qaytarılmasını tələb edən qətnamələrinin qeyd-şərtsiz icrasının vacibliyini bildirib. Almaniyalı diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsini arzuladığını söyləyib.
Volf-Ruthart Born Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş insanların səs verdikləri məntəqələrdə də müşahidə apardığını, onlarla söhbət etmək imkanı əldə etdiyini vurğulayıb.