Almaniyanın aparıcı turizm şirkətləri Bakıdadır
Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşan bu səfər hər iki ölkəni təmsil edən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqust 31-dək davam edəcək səfər çərçivəsində Almaniyanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri və mehmanxanaları arasında işçi görüşü keçirilib.
Görüşdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə cari ilin sentyabrın 3-dən 7-dək Almaniyanın MİCE turizm təmsilçilərinin və sentyabr 25-dən 30-dək tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]