Almaniyanın kimya sektoru Qırmızı dənizdəki vəziyyət səbəbindən problemlərlə üzləşib
Berlin, 23 yanvar, AZƏRTAC
Almaniyanın Avropa İttifaqı (Aİ) ölkələri arasında ən böyük hesab edilən kimya sektoru Qırmızı dənizdəki vəziyyətin kəskinləşməsi səbəbindən xammal tədarükünün gecikməsi ilə bağlı çətinliklərlə üzləşib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın VCI Sənaye Təşkilatının iqtisadiyyat üzrə baş eksperti Henrik Maynke bildirib.
“Bu problem, xüsusilə həssas və spesifik kimya məhsullarının istehsalında ixtisaslaşan orta şirkətlərin seqmentində daha çox nəzərə çarpır”, - deyə ekspert vurğulayıb.
O əlavə edib ki, Almaniyanın kimya şirkətləri xammalı əsasən Asiyadan alır. İndi Qırmızı dənizdən yüklərin daşınması azalıb, bu isə tədarükdə gecikmələrə səbəb olur. Bundan əlavə, marşrutların dəyişməsi ilə əlaqədar xammal qiymətlərinin artması müşahidə edilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]