ALTI MİNDƏN ÇOX AİLƏYƏ QURBAN PAYI VERİLMİŞDİR
Şəhid ailələrinin, əlillərin, aztəminatlı ailələrin, kimsəsiz və tənhaların bayram payları evlərinə çatdırılmışdır. Hərbi hissələrə, 11 nömrəli cəzaçəkmə müəssisəsinə də qurban payları göndərilmişdir.
Bayram günündə Əlil Qadınlar Cəmiyyəti, Şəhid Anaları Cəmiyyəti, Əlillər Təşkilatı, 20 Yanvar Cəmiyyəti və digər qurumların üzvləri, qocaman müəllimlər də diqqətdən kənar qalmamış, onlarla görüşlər keçirilmiş, qurban payı təqdim olunmuşdur.
Dövlət qaçqınkomla birlikdə qaçqın və məcburi köçkünlərin də bayramı təbrik edilmişdir. Belə ki, “Rabitəçi”, “Muğan”, 2 nömrəli evtikmə kombinatının pansionatlarında yaşayan 150 ailəyə müxtəlif növ ərzaq yardımları, yataq dəsti və geyim ləvazimatı çatdırılmış, 3250 ailəyə qurban payı verilmişdir.