Altmış mindən çox miqrantın Mərakeşə daxil olmasının qarşısı alınıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Mərakeşin hüquq-mühafizə orqanlarının əməkdaşları bu ilin iyul ayının sonunda və avqustun əvvəlində baş verən miqrant böhranından sonra Aralıq dənizi sahilindəki Seuta anklavının ətrafındakı ərazilərdən qanunsuz olaraq bu ölkəyə gəlməyə cəhd edən 60 mindən çox insanı saxlayıblar.
AZƏRTAC “Hespress”ə istinadla xəbər verir ki, həmin şəxslər geri qaytarılıblar.
Bildirildiyinə görə, bu göstəriciyə Seutaya qanunsuz daxil olan və könüllü Mərakeş ərazisinə qayıdan və ya bu ölkə ilə İspaniya arasında koordinasiya nəticəsində geri qaytarılanlar daxil deyil.
Qeyd edək ki, iyulun sonunda və avqustun əvvəlində on minlərlə sənədsiz miqrant Seutaya gəlib. Mərakeşin Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 40 min nəfər Seuta, 1135 nəfər isə Melilya istiqamətində sərhədi qanunsuz keçməyə cəhd edib. İspaniya hökuməti bildirib ki, təxminən 72 min miqrant Seuta şəhərinə daxil olub, onlardan 70 minə yaxını artıq Mərakeşə qayıdıb. Miqrant böhranı zamanı ölənlərin sayı ilə bağlı təxminlər isə fərqlidir. Mərakeş 11 itkinin olduğunu bildirsə də, qeyri-hökumət təşkilatları hadisə zamanı 141 miqrantın öldüyünü açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [23:20]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]