Alvaro Morata karyerasını Madridin “Atletiko” klubunda davam etdirəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Londonun “Çelsi” klubunun futbolçusu Alvaro Morata karyerasını icarə əsasında Madridin “Atletiko” komandasında davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, icarə müqaviləsi 2019/2020-ci il mövsümünün sonunadək nəzərdə tutulur.
İspaniyalı futbolçu “Çelsi” ilə beşillik müqavilə imzalayaraq 2017-ci ildən bu komandada çıxış etməyə başlayıb. O, London klubunun heyətində 72 oyun keçirib, 24 qol vurub və ötən mövsümdə İngiltərə kubokunu qazanıb.
“Atletiko” akademiyasının yetirməsi olan Morata, həmçinin Madridin “Real” və Turinin “Yuventus” komandalarında oynayıb. O, “Real”la iki dəfə Çempionlar Liqasını, İspaniya çempionatını və kubokunu qazanıb, habelə İspaniya superkubokunu və UEFA superkubokunu əldə edib. “Yuventus”un heyətində isə iki dəfə İtaliya çempionu və ölkə kubokunun sahibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]