AMEA-nın İqtisadiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev mərasimi açaraq bildirmişdir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda apardığı mübarizənin zirvəsində dayanır. Millətin taleyində elə məqamlar olur ki, unudulmur, sonrakı hadisələrə təkan verir. Bu faciə xalqımızın taleyinə böyük kədər gətirsə də, müstəqillik uğrunda əzmimizi daha da artırdı, möhkəmləndirdi. Azadlıq carçıları - 20 Yanvar şəhidlərinin xatirəsi xalqın qan yaddaşında əbədi yaşayacaqdır.
Tədbirdə institutun əməkdaşları Ağasəlim Ələsgərov, Cəlil Quliyev, Allahyar Muradov, Tanrıverdi Paşa və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın mübarizlik və əzmkarlıq ruhunun yüksəlməsində rolunu qeyd etmiş, keçmiş sovet ordusunun 23 il əvvəl Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, insanlığa sığmayan cinayətlər, faciənin mahiyyəti barədə danışmış, xatirələrini bölüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]