AMERİKA TƏŞKİLATI QAXDA YENİİCMA LAYİHƏSİ HƏYATA KEÇİRİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 200 nəfərə yaxın şagirdin təhsil aldığı bu tədris müəssisəsində dərs prosesinin normal təşkili üçün əlavə sinif otaqlarına ciddi ehtiyac duyulurdu. Layihənin həyata keçirilməsinə USAİD 6,8 min manat, Qaxbaş kənd icması 4 min manat, kənd bələdiyyəsi və rayon icra hakimiyyəti isə birlikdə 1,8 min manat vəsait ayırmışlar. Yeni sinif otaqlarının tikintisinin bir aya tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda həmin beynəlxalq təşkilatların xətti ilə Qax rayonunda daha iki layihənin icrası, o cümlədən Qaxbaş kəndində yeni transformatorun quraşdırılması, Ləkit kəndində isə içməli su xəttinin çəkilişi başa çatmaq üzrədir.