Amerikanın F-15 qırıcısı təyyarəsinin pilotunun cəsədi Şimal dənizində aşkarlanıb
Vaşinqton, 16 iyun, AZƏRTAC
Şimal dənizində qəzaya uğramış ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-15 qırıcısı təyyarəsinin pilotunun cəsədi bazar ertəsi günü aşkarlanıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Britaniyadakı “Lakenxit” aviabazasında yerləşən 48-ci qırıcı aviasiya alayının komandanlığı məlumat verib. Məlumatda “F-15C Eagle” qırıcı təyyarəsinin təlim tapşırığını yerinə yetirərkən bazar ertəsi günü səhər saatlarında qəzaya uğradığı bildirilir. Bəzi F-15 qırıcı təyyarələrini iki pilotun idarə etməsinə baxmayaraq, hərbi məmurlar “C” variantından olan qırıcı təyyarənin göyərtəsində yalnız bir pilotun olduğunu deyirlər. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb. Böyük Britaniyanın dəniz və sahil mühafizəsinin xilasetmə dəstələri qırıcı təyyarənin qəzaya uğradığı Şimal dənizinə — Yorkşirdən təxminən 85 mil aralıda yerləşən Flamboro-Hedə göndəriliblər.
Qəzanın səbəbi naməlum olaraq qalır. Pilotun kimliyi isə qəza ilə bağlı qohumlarına xəbər veriləndən sonra açıqlanacaq.
“Bu, 48-ci qırıcı alayı üçün çox ağır itkidir. Biz pilotun ailəsinə və 493 nömrəli qırıcı eskadrilyaya dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda bildirilir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]