Anadolu agentliyi “60 saniyədə bu gün” rubrikasını Bakıda keçirilən Zəfər paradına həsr edib
Ankara, 10 dekabr, AZƏRTAC
Anadolu agentliyi “60 saniyədə bu gün” videolent rubrikasını Bakıda keçirilən Zəfər paradına həsr edib.
AZƏRTAC xəbər verir ki, rubrikada Bakıda yaşanan Zəfər coşqusu, Ordumuzun müzəffər birliklərinin paraddan keçidi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərindən mühüm məqamlar əksini tapıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara