CƏMİYYƏT
ANAMA Füzuliyə köçən sakinlərə maarifləndirmə təlimi keçib
![](/files/galleryphoto/2024/1/1200x630/17059374026296436740_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170593740267212751_1200x630.jpg)
Bakı, 22 yanvar, AZƏRTAC
Füzuli şəhərinə növbəti mərhələdə köç edən sakinlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, təlimlərdə sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar edilib.
Agentlik nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb.