Anderson Taliska: “Fənərbağça”ya gəlmək mənim üçün inanılmazdır
Bakı, 28 yanvar, AZƏRTAC
“Fənərbağça”ya gəldiyim üçün çox xoşbəxtəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan “Fənərbağça”ya transfer olunan braziliyalı futbolçu Anderson Taliska deyib.
O, İstanbul nəhənginin formasını geyinəcəyi üçün qürur duyduğunu bildirib: “Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Azarkeşlərimizə göstərdiyi dəstəyə görə, təşəkkür edirəm. Bura gəlmək mənim üçün inanılmazdır. Çox yaxşı komandamız var. Bu klubu dəstəkləməyə davam edin. “Fənərbağça”da oynamaq böyük məsuliyyətdir”.
Qeyd edək ki, Anderson Taliska “Fənərbağça” ilə 1,5 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]