ANNA QURBANOVA FRANSADA QRAN-PRİ YARIŞLARINDA İŞTİRAK EDƏCƏK
Bədii gimnastımız Anna Qurbanova Afinada olimpiyaqabağı test yarışlarında 82,600 bal nəticə göstərərək, 16-cı yeri tutmuşdur. Anna özünün ikinci beynəlxalq turnirində iki yunan və bir ABŞ gimnastını arxada qoya bilmişdir. Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Yunanıstan turniri A.Qurbanovanın Bakıda Dünya kuboku (23-25 aprel) və Kiyevdə Avropa çempionatı yarışlarına (iyun) hazırlıq mərhələsidir. Testlərə hakimlik edən Beynəlxalq Gimnastika Federasiyasının ekspertlərinin fikrincə, bədii gimnastımızın yüksək nəticələri hələ qabaqdadır.
“Neftçi” idman cəmiyyətinin yetirməsi üçün növbəti beynəlxalq yarış martın 27-28-də Fransa paytaxtı yaxınlığındakı Tye şəhərciyində keçiriləcək Qran-Pri yarışlarıdır. Gimnastımız bundan dərhal sonra Azərbaycan çempionatının final yarışlarında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]