ANNİ JİRARDO ALTSHEYMER XƏSTƏLİYİNƏ TUTULMUŞDUR
Aktrisada bu sağalmaz xəstəlik 3 il əvvəl aşkar edilmişdir. Doğmaları onun hərəkətlərində bəzi qəribə əlamətlər görüb, həkimə müraciət etmək qərarına gəlmişlər. Qızı demişdir ki, anası öz xəstəliyini ləyaqətlə qarşılamışdır. Bəzən tamamilə özünə qapılır, lakin kino haqqında danışmağa başlayanda, sanki, yenidən dünyaya gəlir.
Oktyabrın 25-də 75 illik yubileyini qeyd edəcək aktrisa xəstəliyinə baxmayaraq, hələ də iş başındadır. Hazırda Rusiyada Vyetnam mənşəli rejissor Lam lenin “Başçılar” filmində çəkilir.
İlk dəfə rejissor Lukino Viskontinin “Rokko və onun qardaşları” filmində çəkilən aktrisa kinematoqrafda və teatr səhnəsində parlaq karyera qazanmışdır. O, “Manhettendə üç otaq”, “Məhəbbətdən ölmək”, “Od olmasa, tüstü çıxmaz”, “Qisas”, “Yaşamaq üçün yaşamaq“, “Santyaqoda yağışlar yağır”, “Şübhə”, “Həyat, məhəbbət və ölüm”, “Doktor Fransuaza Qayan” filmlərində çəkilmiş, Venesiya və Berlin kinofestivallarının baş mükafatlarına, dörd dəfə Fransanın ali kino mükafatı olan “Sezar”a layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]