CƏMİYYƏT
Anqolada Novruz bayramı ilə bağlı tədbir keçirilib VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/1710889207304125036_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1710889208229158531_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17108892084430554403_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1710889208441496694_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/171088920825976655_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17108892084558631728_1200x630.jpeg)
Bakı, 20 mart, AZƏRTAC
Anqolanın Luanda şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatının təşkilatçılığı və dəstəyi ilə baş tutan tədbirdə Anqolanın Camunga Simfonik Orkestri məktəbinin ifaçıları, şagirdləri və müəllim heyəti iştirak ediblər.
Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti, hazırda Anqolada yaşayan Billurə Bayramova Bernard tədbir iştirakçılarına Novruz bayramı barədə məlumat verib.
Tədbirdə Novruz bayramının simvolu olan səməni, milli paxlavamız, milli geyimlərimiz ilə bağlı məlumatlar tələbələr və müəllimlərlə paylaşılıb. Bildirilib ki, Novruz bayramı yaz fəslinin gəlməsi, torpağın oyanışı və təbiətin canlanması deməkdir.
Tədbir zamanı Anqolanın simvolu olan Baobab ağacı iştirakçılar tərəfindən əkilib.