Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Antalya Ekspo 2016” Beynəlxalq Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışı və Milli Gün keçirilib

Antalya, 2 iyun, AZƏRTAC

Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində (International Horticultural Exposition) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonunun iyunun 1-də rəsmi açılış mərasimi və Azərbaycan Günü keçirilib. Bu münasibətlə rəsmi mərasim təşkil olunub.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kökün rəhbərliyi ilə Azərbaycanla Türkiyə nümayəndə heyətlərinin görüşü keçirilib.

Anar Ələkbərov görüşdə bildirib ki, Azərbaycanın beynəlxalq sərgilərdə iştirakı artıq ənənəyə çevrilib və ölkəmizin ilk dəfə Milan Expo sərgisində təşkil etdiyi pavilyon böyük maraqla qarşılanıb. Həmçinin qardaş Türkiyədə keçirilən “Antalya Ekspo 2016” sərgisi bura gələn milyonlarla ziyarətçiyə Azərbaycanın tarixi və ənənələrinin tanıdılması baxımından əhəmiyyətə malikdir.

Daha sonra Ekspo ərazisindəki Amfiteatrda təşkil edilən rəsmi açılış mərasimində Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, diplomatlar, Antalyada səfərdə və istirahətdə olan həmyerlilərimiz, tələbələr, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kök və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun çıxışları olub.

Anar Ələkbərov Azərbaycanın 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunması və həmin sərgidə milli pavilyonumuza 3 milyondan çox ziyarətçinin gəlməsi barədə məlumat verib. O, “Antalya Ekspo 2016” çərçivəsində Azərbaycan milli pavilyonunun qurulması barədə ölkə Prezidentinin tapşırıq verdiyini diqqətə çatdıraraq bu məsələnin uğurla başa çatmasında göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Antalya Ekspo 2016” sərgisinin yüksək peşəkarlıqla təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkürünü ifadə edən A.Ələkbərov qeyd edib ki, “Gələcək nəsillər üçün yaşıl bir dünya” şüarı ilə keçirilən sərginin “Çiçək və uşaq” mövzusunda qurulması hazırda dünyada baş verən xoşagəlməz hadisələrə və münaqişələrə etiraz edən beynəlxalq ictimaiyyətinin xoş arzu və istəkləri ilə tam şəkildə uzlaşır. İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Məhz bu gündə Azərbaycan milli pavilyonunun açılması və Azərbaycan milli gününün keçirilməsi özündə böyük bir rəmzi məna daşıyır.

“Təəssüf ki, bu gün baş verən silahlı münaqişələr, terror aktları minlərlə uşağın həyatına son qoyur. Milyonlarla uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan bu faciələri yaşamış bir ölkə kimi bunun acısını dərindən hiss edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə uşaq öz doğma evindən didərgin düşüb, həlak olub, valideynlərini itirib. Bu uşaqların yaşadıqları müharibə dəhşəti ömürlük olaraq onların yaddaşına həkk olunub. Bu baxımdan “Çiçək və uşaq” mövzusunda beynəlxalq sərginin təşkilini uşaqların taleyinə biganə olmayan bütün xalqların sülh və əmin-amanlıq dolu bir dünya uğrunda birləşməsi üçün çağırış kimi qiymətləndiririk”, - deyə Anar Ələkbərov bildirib.

Azərbaycan birmənalı olaraq dinindən, irqindən və dilindən asılı olmayaraq bütün uşaqların hüquq və bərabərliyinin qorunmasının, uşaqlara qarşı zorakılıq edilməməsinin tərəfdarıdır. Uşaqlara qayğı məsələsinə önəm verən Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də xaricdə uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirir.

Eyni zamanda, Azərbaycan ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin, musiqi irsinin, tolerantlıq ənənələrinin dünyada tanıdılması məqsədilə müxtəlif beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

“Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kök çıxışında diqqətə çatdırıb ki, Azərbaycan milli pavilyonu yüksək peşəkarlıqla qurulduğundan ziyarətçilər üçün cəlbedicidir. Ziyarətçilərin bu pavilyona maraq göstərməsinin bir səbəbi Azərbaycanın rəngarəng florasına, çoxtərəfli mədəniyyətinə olan maraqdırsa, digər tərəfdən isə azərbaycansevərlik anlayışıdır. Əminik ki, Türkiyə ictimaiyyəti, ölkə mediası və bütün ziyarətçilərin Azərbaycan milli pavilyonuna sevgi ilə maraq göstərməsi sərginin sonunadək davam edəcək.

Azərbaycanın biomüxtəlifliyi, təbii gözəlliyi, əsrarəngiz təbiəti barədə geniş məlumat verən səfir Faiq Bağırov “Antalya Ekspo 2016” Azərbaycan milli pavilyonunun qurulmasının əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin regiondakı proseslərə müsbət təsirindən, ölkələrimizin beynəlxalq proseslərdə bir-birinə dəstək verməsinin mahiyyətindən və digər məsələlərdən bəhs edib. Səfir diqqətə çatdırıb ki, hazırda müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən Azərbaycan xalqı ilə bərabər regionun digər ölkələrinin xalqları da bəhrələnirlər. Yaxın gələcəkdə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə Avropanın enerji təminatında mühüm amil olacaq. Bütün bu layihələr Azərbaycanın sülh və inkişaf siyasətinin uğurlu nəticələrini təcəssüm etdirir.

Çıxışlarda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” ifadəsi xalqlarımız və ölkələrimiz üçün həyat amalına çevrilib. “Antalya Ekspo 2016” çərçivəsində təmsil olunmaq Azərbaycanın hərtərəfli təbliğatı üçün geniş imkanlar açıb. Əminliklə qeyd olunub ki, Azərbaycan milli pavilyonu həm türkiyəli, həm də digər ölkələrdən olan qonaqlar tərəfindən maraqla izlənəcək, ziyarətçilər ölkəmiz haqında geniş məlumat əldə edəcəklər.

Sonra Azərbaycan milli pavilyonunun qarşısındakı qırmızı lent kəsilib.

Əvvəlcə pavilyondakı sərgi ilə tanışlıq olub.

İki min kvadratmetrədək ərazini əhatə edən sərgi və bağçadan ibarət Azərbaycan milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilir. Ziyarətçilər burada qiyabi də olsa, Azərbaycana səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi təqdim edilir. Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur.

Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günü əksini tapır. Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının xalçaçılıq sənətinin ən mühüm amillərindən biri olmasından bəhs edilir. Qədim dövrlərdən indiyədək Azərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.

Sərgidə xalçalarımızın zərif naxışlarını, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda, müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.

Exponun mövzusu uşaqlarla bağlı olduğundan Azərbaycan pavilyonunda bu mövzuya özünəməxsus tərzdə yer ayrılıb. Pavilyonda Heydər Əliyev Fondunun himayəsində olan kimsəsiz uşaqlar üçün internat evlərinin istedadlı yeniyetmə və gənclərinin, daun sindromlu uşaqların rəsmləri ilə tanış olmaq mümkündür.

Azərbaycan Günü ilə bağlı təşkil olunan mərasimin bədii hissəsində “Natiq” ritm qrupu ilə yanaşı, valideyn qayğısından məhrum olmuş uşaqların bir-birindən maraqlı çıxışları, xalq mahnıları, ritmik muğamlar, milli rəqslərimiz, azyaşlı istedadların özünəməxsus çıxışları pavilyona toplaşan yüzlərlə ziyarətçini valeh edib.

Heydər Əliyev Fondunun Dağlıq Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, milli mədəniyyətimizin ayrı-ayrı sahələrinə dair mərasim çərçivəsində sərgilənən nadir nəşrləri sonra iştirakçılara hədiyyə edilib.

Həmçinin Azərbaycan milli mətbəx mədəniyyəti təqdim olunub.

Qeyd edək ki, “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisi aprelin 22-də açılıb. Burada 53 ölkə və bir neçə beynəlxalq təşkilat təmsil olunur.

“Antalya Ekspo 2016” oktyabrın 30-dək davam edəcək və 6 ay ərzində sərgiyə ümumilikdə 8 milyon ziyarətçinin gələcəyi gözlənilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib