Antoni Marsial “Mançester Yunayted” klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb
Bakı, 31 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Antoni Marsial komanda ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC “Sport-express.ru”ya istinadla xəbər verir ki, sözləşmə 2024-cü ilə kimi nəzərdə tutulub. “Qırmızı şeytanlar”ın fransız futbolçu ilə sonuncu müqaviləsi 2020-ci ilədək imzalanmışdı. Daha əvvəl “Mançester Yunayted”in hazırkı baş məşqçisi Ule Qunnar Sulşer yerli mətbuata komandanın vitse-prezidenti Ed Vudvordin Marsial ilə danışıqlarının müsbət nəticələndiyini demişdi.
Qeyd edək ki, cari mövsümdə Antoni Marsial “Mançester Yunayted”in heyətində 25 oyunda meydana çıxıb və 10 qol ilə yadda qalıb. Fransız hücumçusunun hazırkı transfer qiyməti 60 milyon avro təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]