“Apple” dünya bazarında rekord satış payına nail olub
Bakı, 1 dekabr, AZƏRTAC
“iPhone” smartfonları sayəsində ABŞ-ın “Apple” şirkəti bazarda rekord paya nail olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Counterpoint Research” agentliyinin hesabatında deyilir. Məlumata görə, oktyabr ayında “Apple” smartfonlarının satışı illik müqayisədə 12 faiz artıb. Bu göstərici şirkəti 24,2 faizlik rekord payla dünya smartfon bazarında ilk yerə yüksəldib. Analitiklər şirkətin tarixdə ilk dəfə bu həcmdə bazar payına malik olduğunu qeyd edirlər.
“Apple” bundan öncə - 2014-cü ildə “iPhone 6” və 2020-ci ildə “iPhone 12” smartfonlarının istehsalı ilə bağlı uğurlar əldə edib. Bununla belə, “iPhone 17” seriyasının uğuru daha təsirli olub.
Qeyd edək ki, “Apple” ilin əvvəlindən bəri ən sürətlə böyüyən brendlərdən biridir. Ekspertlərin fikrincə, şirkət dördüncü rübdə də smartfon satışı üzrə rekorda imza atacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]