“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracaq
Vaşinqton, 6 avqust, AZƏRTAC
“Apple” şirkəti ABŞ-a 100 milyard dollar əlavə sərmayə yatıracağını açıqlamaq niyyətindədir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evdən məlumat verilib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və “Apple” şirkətinin baş direktoru Tim Kuk bununla bağlı bu gün birlikdə bəyanat verəcəklər.
Ağ ev rəsmisinin sözlərinə görə, yeni sərmayə “Apple” şirkətinin ABŞ istehsalı üçün öhdəliyini növbəti dörd il ərzində 600 milyard dollara qədər artıracaq. Bu, həm də şirkətin tariflərdən yayınması üçün atılan addım kimi dəyərləndirilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]