Aprel şəhidlərinin əziz xatirəsinə həsr edilmiş badminton yarışı keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nəsimi Rayon Gənclər və İdman İdarəsi və “Təbib” klubunun təşkilatçılığı ilə Aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tələbələr arasında badminton yarışı keçirilib.
Nəsimi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 14 oğlan və 12 qız arasında keçirilən turnirdə Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri güclərini sınayıblar.
Yarışın nəticələrinə görə, qızlar arasında Gilşa Şarmila birinci olub. Ülkər Məmmədova yarışı ikinci, Amuliya P.Raj isə üçüncü pillədə başa vurublar. Oğlanların mübarizəsində ilk üçlükdə Norman Arşad, Alvin Sayı və Tomas Tose yer alıblar.
Mükafatçılar diplom və medallarla təltif olunublar.