Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sahədə yeni subsidiya mexanizmləri innovativ və dayanıqlı inkişafı təşviq edir

Aqrar sahədə yeni subsidiya mexanizmləri innovativ və dayanıqlı inkişafı təşviq edir

Gəncə, 4 fevral, Elcan Məmmədov, AZƏRTAC

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda mühüm yer tutan aqrar sahəyə dövlət dəstəyi tədbirləri sistemində dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı istehsalçılarına birbaşa subsidiyaların verilməsi istehsalın artımına, əhalinin əsas ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərən mühüm amillərdən biri kimi çıxış edir. Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu günlərdə Aqrar Subsidiya Şurası tərəfindən qəbul olunan yeni qərarları şərh edən Dövlət Aqrar Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Anar Hətəmov bildirib.

Onun sözlərinə görə, bu sahəyə dövlət dəstəyinin növbəti istiqamətini özündə ehtiva edən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanında dəyişiklik edilməsi barədə 17 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı, eyni zamanda, 2024-cü ilin 11-22 noyabr tarixlərində ölkəmizdə yüksək səviyyədə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dan irəli gələn vəzifələrdən biri kimi qiymətləndirilir. “Bu mötəbər tədbirdə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfin qoyulması, İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı Maddəsinin tam şəkildə razılaşdırılması və bununla da beynəlxalq karbon bazarlarının fəaliyyətinə start verilməsi kimi qlobal səviyyəli qərarların qəbul olunması ölkəmizin yaşıl dünya naminə həmrəylik təşəbbüsünün qlobal səviyyədə dəstəklənməsinin göstəricilərindəndir. Tədbir çərçivəsində bir sıra aktual mövzuların müzakirə olunması aqrar sahəyə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinin perspektiv istiqamətlərini özündə əks etdirir. Bu nöqteyi-nəzərdən, ölkəmizdə dəstək tədbirləri sistemində qlobal iqlim dəyişikliyi şəraitində sudan və torpaqdan istifadənin səmərəliliyinin artırılması məsələlərinə geniş yer verilməsi mühüm əhəmiyyət kəsb edir,” – deyə mütəxəssis vurğulayıb.

O deyib: “Təhlil göstərir ki, ölkəmizdə kənd təsərrüfatına yararlı torpaqların strukturunda suvarılan torpaqların payı hər il artmaqdadır. Dövlətx Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 1970-ci ildə 1128,0 min hektar, 1980-ci ildə 1212,0 min hektar, 1990-ci ildə 1418,5 min hektar, 2000-ci ildə 1423,0 min hektar, 2010-cu ildə 1421,4 min hektar, 2015-ci ildə 1431,0 min hektar, 2023-cü ildə 1481,0 min hektar təşkil edib. 2023-cü ildə suvarılan kənd təsərrüfatı təyinatlı torpaqların 83,7 faizi əkin yeri, 16,3 faizi çoxillik əkmələrdən ibarət olub.

2023-cü ildə ölkəmizdə su istehlakı 9772 milyon kubmetr təşkil edib ki, onun da 7239 milyon kubmetri və ya 74,1 faizi suvarmaya və kənd təsərrüfatının təchizatına yönəldilib. Atmosfer yağıntılarının orta illik miqdarına nəzər saldıqda məlum olur ki, bu göstəricinin səviyyəsi 2002-ci ildə 540,3 mm, 2010-cu ildə 499,8 mm, 2015-cu ildə 472,6 mm, 2020-ci ildə 445,5 mm, 2023-cü ildə 481,2 mm-ə bərabər olub. Havanın orta illik temperaturuna gəldikdə, bu göstəricinin səviyyəsi qeyd olunan illərdə müvafiq olaraq, 12,3, 14,4, 13,6, 13,8 və 14,7 °C təşkil edib. Beləliklə, bir tərəfdən atmosfer yağıntılarının miqdarının azalması, digər tərəfdən isə havanın orta illik temperaturunun artması su resurslarından qənaətlə istifadənin təşviq olunmasını tələb edir.

Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, mövcud şəraitdə ölkəmizin kənd təsərrüfatında müasir suvarma, yəni damcılı, yağış yağdırma tipli, pivot suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə verilən subsidiyalar diferensiallaşdırılıb ki, bu da kənd təsərrüfatı istehsalçıları üçün innovativ texnologiyaların tətbiqi yolu ilə sudan qənaətlə istifadə olunması sahəsində mühüm stimuldur”.

Anar Hətəmov qeyd edib ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 17 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında digər məsələlərlə yanaşı, mövcud Qaydalara dincə qoyulmuş subsidiya kateqoriyası daxil edilib. Bu, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya kimi müəyyən olunub.

Fərmanda yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam balağa (camış balasına) görə də subsidiyanın nəzərdə tutulması camışçılıq kimi perspektivli heyvandarlıq sahəsinin inkişafına təkan verəcək.

Aqrar Subsidiya Şurasının 2025-ci il üzrə qəbul olunmuş qərarında əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü, Naxçıvan iqtisadi rayonunda diferensial əmsalları və subsidiya məbləğləri, o cümlədən müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə, yeni salınmış, intensiv və hiperintensiv, damcı suvarma sistemi və sertifikatlı tinglərlə təmin olunmuş meyvə bağlarına, tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərə, məhsullara görə subsidiya əmsalları və məbləğləri, habelə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklər əks olunub. Həmçinin şəkər çuğunduru üçün məhsul əmsalının müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılması və digər məsələlər öz əksini tapıb. Ümumiyyətlə, yeni subsidiya mexanizmlərində aqrar sığorta, müasir suvarma sistemləri ilə təmin olunma, torpağın keyfiyyəti, aqrokimyəvi analiz, sertifikatlı tinglərdən istifadə, müvafiq bağlarda iqlim stansiyasının qurulması kimi tələblərin qoyulması innovativ istehsalın və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH