AQRAR SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASINDA
Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik bölməsinin müdiri Şahmərdan Kərimov “Fitosanitar nəzarəti haqqında” qanun layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, bu qanun ölkə ərazisində fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki karantini və mühafizəsi sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir. Layihədə ümumi müddəalarla yanaşı, fitosanitar nəzarəti haqqında qanunvericilik, bu sahəyə dövlət nəzarəti, fitosanitariyanın vəzifələri, beynəlxalq əməkdaşlıq və digər müddəalar da əksini tapmışdır.
İclasda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iştirak etmiş, layihə ilə bağlı tövsiyələrini vermişdir.
Sonda, deputatların rəy və təklifləri nəzərə alınmaqla, layihənin Milli Məclisin gündəliyinə çıxarılması qərara alınmışdır.