AQTA sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 19-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 18-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]
Vəkillərə sertifikatlar verilib
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:36]