Aralıq dənizindəki köpəkbalıqları sənaye çirklənməsinin göstəricisinə çevrilib - tədqiqat
Bakı, 8 may, AZƏRTAC
İsrailin Hayfa Universitetinin alimləri Aralıq dənizində yaşayan köpəkbalıqlarının qanında yüksək səviyyədə sənaye çirkləndiriciləri və nadir torpaq elementləri aşkar ediblər.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma Hadera elektrik stansiyası yaxınlığında toplaşan 27 köpəkbalığının qan nümunələri əsasında aparılıb. Tədqiqatın rəhbəri doktor Denni Morik bildirib ki, analizlər zamanı nümunələrdə arsen, civə və qurğuşun kimi ağır metallar müəyyən edilib. Onun sözlərinə görə, köpəkbalıqları uzunömürlü və qida zəncirinin yuxarı hissəsində yerləşdiyi üçün dənizdəki çirklənmənin bioindikatoru hesab olunur.
Araşdırma zamanı, həmçinin günəş panelləri, batareyalar və LED texnologiyalarında istifadə olunan nadir torpaq elementləri də aşkarlanıb. Alimlər bu maddələrin dəniz ekosisteminə təsirinin hələ tam öyrənilmədiyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]