ARDNŞ 2004-CÜ İLDƏ İXRAC EDİLƏCƏK NEFT MƏHSULLARININ HƏCMİNİ MÜƏYYƏN ETMİŞDİR
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, bp şirkəti cari ildə 200 min ton dizel yanacağı almaq barədə müqavilə bağlamışdır. Bu il təyyarə üçün ağ neft ixracının həcmi isə az olacaqdır. Yalnız Tbilisi və Batuminin hava limanlarının, eləcə də Gürcüstan aviaşirkətinin ehtiyaclarını ödəmək üçün ayda 2 min ton ağ neft göndəriləcəkdir. Eyni zamanda, Gürcüstana 15-20 min ton benzin də ixrac ediləcəkdir. Cari ildə ARDNŞ Gürcüstana 12 min ton butan ixrac etməyi planlaşdırsa da, soba yanacağı və koksun həcmi hələlik müəyyənləşdirilməmişdir.
Bağlanmış müqaviləyə görə, İrana ixrac edilməli olan 62 min ton benzinin əsas hissəsi həmin ölkəyə 2003-cü ildə göndərilmişdi. 2004-cü ildə məhsulun qalan hissəsi yola salınacaqdır.
Xatırladaq ki, şirkət ötən il 400 min ton dizel yanacağı, 252,5 min ton avtomobil benzini, 122,5 min ton təyyarə üçün ağ neft, 10 min ton butan və 4,5 min ton soba yanacağı ixrac etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]