Argentina “əbədi karantin”in bitdiyini elan edir
Madrid, 8 noyabr, AZƏRTAC
Argentina Prezidenti Alberto Fernandes 233 günlük təcriddən sonra (martın 20-dən) Buenos Ayresdə “əbədi karantin”in sona çatdığını elan edib, lakin digər on əyalətdə təcrid olma qüvvədədir.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Buenos Aires paytaxt bölgəsində, infeksiya nisbətinin səkkiz həftə ardıcıl olaraq azalmasını bildirib. Xəstəliyin sayı səkkiz həftə əvvəl olan göstəricinin yarısından azdır. Lakin problem aradan qaldırılmayıb. Argentina paytaxtı və ümumi 16 milyon əhalisi olan digər qonşu bələdiyyələrin də daxil olduğu ölkənin ən əhəmiyyətli bölgəsindəki təcridə son qoyulması, bütün məhdudiyyətlərin sona çatması demək deyil.
Argentinanın paytaxtı vətəndaşların hərəkətinə, ictimai nəqliyyatın işinə icazə verərək yeni sosial təcrid mərhələsinə qədəm qoyur. Bar və restoranların tutumu 25 faizdən çox olmamalıdır. Tədbirlər noyabrın 29-na qədər qüvvədə olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]