İDMAN
Argentina Formula 1 Qran-Pri yarışlarına ev sahibliyi etməyə çalışmır
Bakı, 28 yanvar, AZƏRTAC
Argentinalı məmur bildirib ki, Cənubi Amerika ölkəsi Formula 1 çempionatının keçirilməsinə çalışmır.
AZƏRTAC xəbər verir ki, Formula 1-in sahibi “Liberty Media” Qran-Pri yarışlarının coğrafiyasını genişləndirir. 2020-ci ildə Formula 1 təqviminə Vyetnam qoşulacaq. Finlandiya barədə də şayiələr gəzir. Jurnalist Kristina Ziltanın sözlərinə görə, “Liberty” “Filippin Qran-Prisi” ticarət markasını qeydiyyata aldırıb.
Formula 1 Argentina Qran-Prisi arada fasilələr olmaqla 1953-cü ildən 1998-ci ilədək keçirilib. Əgər Argentina Qran-Prisi seriyanın cədvəlinə qayıtsa, çox güman, daha Santyaqo-del-Estero əyalətində yerləşən “Termas de Rio Hondo” trasında keçirilməyəcək.
Hazırda bu trasda “MotoGP” yürüşləri keçirilir. Əyalətin turizm naziri Rikkardo Sosa deyib ki, onların Formula 1 ilə birgə planları yoxdur.